“Bursaspor” klubunun prezidenti həbs olundu
01.10.2010 - 14:21
“Bursaspor” klubunun prezidenti həbs olundu
Son Türkiyə çempionu “Bursaspor” klubunun prezident İbrahim Yazıçı həbs olunub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində Şotlandiyada “Reyncers”lə oyundan qayıdan bursalılar prezidentlərinin tutulması xəbərinə sarsılıb.

Yazıçı 7 il əvvəl Uludağ Universitetində olan tenderin qurbanı olub. Araşdırma aparan polis prokurorluğun təlimatı ilə Yazıçı da daxil olmaqla 11 şəxsi nəzarətdə saxlayır. Onlar Qaçaqçılıq və Mütəşəkkil Cinayətlər şöbəsinə aparılıb və ifadələri alınıb.

“Bursaspor”un İdarə Heyətinin üzvü, vəkil Öztürk Yazıçı prezidentlərinin şübhəli olmadığını, şahid kimi ifadəsini verməli olduğunu bildirib: “Hadisə 7 il əvvəl reallaşan tenderlə bağlıdır. Bunun “Bursaspor” və prezidenti ilə əlaqəsi yoxdur”.