Aleksandar Şoliç: Lənkəranda oynamayacağıma görə çox əsəbiyəm
01.10.2010 - 14:43
“Xəzər Lənkəran”la sabahkı görüşdə oynamağı çox istərdim. Ancaq təəssüf ki, bu dəfə belə imkanım olmayacaq. Məşqdə aldığım zədə məni heyətdən kənarda qoydu”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun xorvatiyalı futbolçusu Aleksandar Şoliç deyib.
“Xəzər Lənkəran”la son iki matçı çox uğurlu keçirən yarımmüdafiəçi rəqibin qəniminə çevrilib. Belə ki, Şoliçin ötən mövsümün son turunda Lənkəranda (1:0) vurduğu yeganə qol “Xəzər Lənkəran”ı çempionluqdan, 2:1 hesabı ilə finalda qələbə topu isə kubokdan məhrum etdi.
O, yenə lənkəranlıların qapısına yol tapmağı çox arzulasa da, bu dəfə heç oynaya bilməyəcək: “Məşqdə baldırla pəncəni birləşdirən yerdən xəsarət aldım. Məlum oldu ki, əzələmi dartmışam. Zədə üzündən komanda ilə birgə səfərə də çıxa bilmədim. Ətraflı müayinədən sonra nə vaxt yaşıl meydana dönəcəyim dəqiqləşəcək. Ancaq ilkin diaqnoza görə 3 həftə oynaya bilməyəcəyəm. Lənkəranda meydana çıxa bilməyəcəyimə görə çox əsəbiyəm. Bu müddətdə müalicə olunub, tezliklə sağalmaq istəyirəm”.
Almaniyalı baş məşqçisi Vinfred Şaferlə artıq problemlərinin olmadığını deyən Aleksandar “Xəzər Lənkəran”da səfər oyununda komandasının qələbə şanslarını yüksək dəyərləndirir: “Yenə Lənkəranda qalib gələ bilərik. Niyə də yox? Axı biz bu komandaya son üç oyunda uduzmamışıq. “Xəzər Lənkəran” güclü komandadır, yaxşı azarkeşləri var. Oradakı gözəl meydançada oynamaq futbolçuya zövq verir. Lənkəranlı azarkeşlər də baxımlı oyunu izləməyi sevir. İnanıram ki, komandamız Lənkərandan 3 xalla dönəcək. Biz “Xəzər Lənkəran”ı məğlub etməyi bacarmışıq. Nədən bu dəfə də olmasın? Əsas somadək mübarizə aparmaqdır. Hər futbolçu meydana yüz faiz gücünü qoysa, istəyimizə çatacaq”.
Lənkəranlıların çempionluq və kubok əldən etdiyinə görə “Bakı”ya qarşı prinsipiallığı daha artıb. Üstəlik, finalda Şoliçin həmyerlisi Ernad Skuliçin Kamran Ağayevin qapısından keçirdiyi kuryoz qol “Fair Play” qaydalarının pozulması ilə bağlı çoxsaylı müzakirələrə səbəb oldu. Aleksandar Lənkəran publikasına qarşı çıxacaq komanda yoldaşına görə narahat deyil: “Skuliçin vurduğu top təmiz qol idi. Bu, rəqib qapıçının sırf xətasının nəticəsi idi. Futbol tarixində, dünya çempionatında belə qollar olub. Ernaddan sonra vurduğum qol sayəsində üstünlüyümüzü artırdıq. Bundan sonra boşaldıq və “Xəzər Lənkəran” sonuncu dəqiqədə cərimə zərbəsindən vurduğu qolla hesab arasında fərqi azaltdı. Biz həmin gün daha güclü, qələbəyə daha layiq idik. Skuliç əsl peşəkar futbolçudur. Lənkəranda problemlə üzləşməyəcəyinə inanıram. Ernad yenə soyuqqanlı, inamlı oyunu ilə komandaya kömək edəcək”.
Qeyd edək ki, ölkəmizdə ikinci ildir oynayan Soliç ötən mövsümün ən yaxşı yarımmüdafiəçisi seçilib.
Mehman SÜLEYMANOV

0
0