Anatoli Demyanenko: Mən oradakı klublara lazım deyiləm
01.10.2010 - 15:24
“Ukraynaya qayıdardım, ancaq məni heç kim dəvət etmir. Dnepropetrovsk doğma şəhərdir, orada futbol oynamağa başladım. İndi orada işləyə bilərdim. Ancaq hazırda Özbəkistandayam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Anatoli Demyanenko deyib.
2008-ci ildə 9 ay ölkəmizdə çalışan ukraynalı mütəxəssis bundan sonra işsiz qaldı. Yaxınlardan Özbəkistanın “Nasaf” klubunun sükanı arxasına keçən Demyanenko vətənində üzləşdiyi biganəlikdən gileylənir: “Bu, üzücüdür, ancaq mən Ukrayna klublarına lazım deyiləm. Hərçənd görürəm ki, bəzi komandalarda daha aşağı səviyyəli məşqçilər işləyir. Futbol həyatı belədir”.
Qeyd edək ki, “Demyanenko “Neftçi”yə bürünc medal qazandırmışdı.

- "Mançester Yunayted"ə şərt qoyuldu: 125 MİLYON VER, TRANSFERİ TAMAMLA
- "Atletiko" Qrizmanna əvəzləyici tapdı: DORTMUNDDAN İSPANİYAYA
- "Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
- Nazir "Qalatasaray"ı fanat kimi təriflədi: CİDDİ ETİRAZA SƏBƏB OLDU
- "Qalatasaray"dan "Fənərbaxça"ya: "Hakimi birlikdə təyin etmisiniz?" - FOTO
0
0