Milli komandanın baş məşqçisi insult keçirib
01.10.2010 - 16:05
Albaniya milli komandasının baş məşqçisi Yosip Kuje ölkənin paytaxtı Tirananın xəstəxanalarından birinə düşüb. Apasport.az saytının məlumatına görə, buna xorvatiyalı mütəxəssisin insult keçirməsi səbəb olub.
Hazırda durumu sabit olan 57 yaşlı məşqçinin axın günlərdə Xorvatiyaya aparılacağı gözlənilir. Kuje təyyarə ilə Zaqrebə çatdırılacaq ki, müalicəsi də orada davam edəcək.
2009-cu ilin mayından yığmanın baş məşqçisi olan xorvatiyalı xəstəliyi üzündən Avro-2012-nin qarşıdakı oyunlarından kənar qala bilər. Onun yetirmələrinin oktyabrın 8-də Bosniya və Herseqovina, 4 gün sonra isə Belarusla keçiriləcək matçlara qədər ayağa qalxacağı inandırıcı görünmür.

0
0