Frank Raykaardın atası dünyasını dəyişdi
01.10.2010 - 16:06
Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi, Hollandiya və dünya futbolunun əfsanəvi simalarından biri olan Frank Raykaardın (Franklin Edmundo Rijkaard) atası vəfat edib. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, klubun bununla bağlı açıqlamasında deyilir:
“Futbol komandamızın baş məşqçisi Frank Raykaardın atası Hernan Raykaardın vəfat xəbərini üzüntü ilə öyrəndik. Baş məşqçimiz Frank Raykaardın acısını bölüşür, ona başsağlığı diləyirik”.
Hernan Raykaardın oktyabrın 8-də Amsterdamda keçiriləcək mərasimlə dəfn ediləcəyi açıqlanıb.

0
0