Fərhad Vəliyevin atası vəfat edib
01.10.2010 - 16:16
Milli komandamızın və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Unibank Premyer Liqasında Tovuzda “Turan”la oyun öncəsi ağır zərbə alıb. Apasport.az saytının məlumatına görə, Aslan Kərimovun yoxluğunda kapitan sarğısını daşıyan təcrübəli futbolçunun atası bu gün dünyasını dəyişib. Nəticədə Fərhad sabahkı görüşdə iştirak etməyəcək. Onun yığmamızın da üzvü olduğunu nəzərə alsaq, gələn həftə Avstriyaya getməyəcəyi də istisna deyil.
Allah rəhmət etsin!
Allah rəhmət etsin!
0
0