“Xəzər Lənkəran”ın legioneri bu il oynamayacaq
01.10.2010 - 18:01
“Xəzər Lənkəran”ın braziliyalı futbolçusu Dieqo Qusmaonun bu il bir daha meydana çıxmayacağı gözlənilir. Klubun həkimi Boris Xetaqurov apasport.az saytına açıqlamasında Salyanda “Muğan”la oyunda zədələnən yarımmüdafiəçinin xaçabənzər əzələsindən ciddi xəsarət aldığını bildirib.
Bu məqsədlə Türkiyəyə göndərilməsi nəzərdə tutulan Dieqo orada ətraflı müayinə və lazım gələrsə, cərrahiyyə əməliyyatı olunacaq: “Onun “Acıbadəm” klinikasında məşhur türkiyəli Ömər Taşarın yanına göndərilməsi nəzərdə tutulub. Orada Qusmaonun zədəsi ilə bağlı dəqiq diaqnoz qoyulacaq. Əgər braziliyalının zədəsi gözlədiyimiz kimi ciddi olarsa, 3-4 aydan sonra yaşıl meydana qayıda biləcək”.
Dieqodan əvvəl zədələnən gürcü müdafiəçi Davit İmedaşvili isə artıq Türkiyədən dönüb. Xetaqurov bu legionerin dönüşünün daha tez olacağını söyləyib: “Davitin menisk problemi vardı. O, diz nahiyəsindən cərrahiyyə əməliyyat olundu. İmedaşvilini “Acıbadəm”də elə Taşar əməliyyat edib. Hazırda bərpa prosesi keçən gürcü futbolçu gələn həftədən fərdi məşqlərə başlaya biləcək. Onun iki həftəyə komandanın hazırlığında iştirakı gözlənilir”.
“Xəzər Lənkəran”ın İmedaşvili kimi bu yay transfer etdiyi Tural Cəlilov isə cari mövsümdə cəmi bir oyun keçirib. Təcrübəli həkimin sözlərinə görə, vaxtilə Berti Foqtsun yığmamıza cəlb etdiyi bu gənc futbolçunun da sağlıq durumunda problem var: “Bu, qan laxtalanması ilə bağlıdır. Tural Mərkəzi Klinik Xəstəxanada müalicə olundu. Hazırda komandamızın oyunu əlaqədar Lənkərandayam. Bakıya qayıdandan sonra futbolçumuzun müalicəsinin nəticəsi ilə tanış olub, onu müayinə edəcəyəm. Bundan sonra Cəlilovun məşqlərdə iştirakı ilə bağlı qərar verəcəyik”.
Mehman SÜLEYMANOV

0
0