Toni Adams: İkinci hissədə daha yaxşı oynadıq
01.10.2010 - 19:40
Toni Adams: İkinci hissədə daha yaxşı oynadıq
“Çox çətin oyun oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

Qəbələ təmsilçisi bu gün Unibank Premyer Liqasının VIII turunda autsayder “Simurq”u məğlub etməklə, mövsümdə üçüncü qələbəsini qazandı. Oyundan sonra keçirilən mətbuat konfransında Adams qələbənin çətinliklə əldə olunduğunu vurğulayıb: “Simurq" komandası ilk hissədə çox yaxşı oynadı. Bizim futbolçular ikinci hissədə daha üstün oldular”.