Rəşad Sadıqov milli komandaya oynamadan gəlir
02.10.2010 - 09:41
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun Türkiyənin “Əskişəhərspor” klubunda debütü daha iki həftə yubandı. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimiz Superliqanın son turunda “Bucaspor”la səfər oyununda da ehtiyatda qalıb. Komandaların səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb – 0:0. Hesabına 3-cü xalını yazan “Əskişəhirspor” son pillədə gedən “Kasımpaşa”nı 1 xal qabaqlayır.
Qeyd edək ki, avqustun sonunda “Qarabağ”dan “Əskişəhirspor”a keçən Sadıqov komandada olduğu 4 görüşdə meydana çıxmadı. Sonuncu oyununu Avro-2012-nin seçmə mərhələsində sentyabrın 7-də Almaniya yığmasına səfərdə 1:6 hesabı ilə uduzduğumuz görüşdə keçirən Rəşad bu dəfə millinin düşərgəsinə oyun praktikasız gələcək. Türkiyədən birbaşa Avstriyaya yollanacaq müdafiəçinin “Əskişəhərspor”un heyətində debütü üçün oktyabrın 17-də “İstanbul Böyükşəhər Bələdiyyəspor” klubu ilə ev oyununu gözləmək lazım gələcək.

0
0