“Bakı”nın futbolçusu Almaniyada əməliyyat olundu
02.10.2010 - 09:55
“Bakı” klubunun kamerunlu futbolçusu Joel Epalle Almaniyada cərrahiyyə əməliyyatı olunub. Apasport.az saytının məlumatına görə, 2000-ci ildə Sidney Olimpiadasının qalibi olan yarımmüdafiəçi hələ bir müddət də yaşıl meydandan kənarda qalacaq. “Bakı”nın heyətində yayda Almaniya toplanışında zədələnən, bundan sonra iynə gücünə oynayan Epallenin dizində problemlər var. “Zolaqlılar”ın digər yarımmüdafiəçiləri - braziliyalı Juninyo Osvaldo əlindən xəsarət alıb, xorvatiyalı Aleksandar Şoliçin isə topuğu burxulub. Onlar da bir müddət məşqləri buraxmalı olacaq.
Qeyd edək ki, “Bakı” “Xəzər Lənkəran”la oyun öncəsi son məşqini görüş keçiriləcək Lənkəran şəhər mərkəzi stadionunda güclü yağış altında keçirib. Bu gün meydana 3 xal üçün çıxacaqlarını deyən baş məşqçi Vinfred Şafer yetirmələrini 1 saata yaxın davam edən son məşqdə çox yormayıb. Hazırlıq zamanı gənc müdafiəçilər Emin Cəfərquliyevlə Səbuhi Həsənov da xəsarət alsa da, onların zədələri ciddi deyil.
Mənbə: fcbaku.az

0
0