Türkiyə yığmasının məşqçisi: Azərbaycanla oyunu da itkisiz keçərik
02.10.2010 - 10:21
Türkiyə yığmasının məşqçisi: Azərbaycanla oyunu da itkisiz keçərik
“Baş məşqçimiz Qus Hiddink lazım olan oyunları seyr edir. Vəzifəyə başlayandan çox qısa zamanı vardı. Əvvəlcə qrupda oynayacaq ilk görüşləri uğurla bitirməyi düşündük. Azərbaycanla oyundan sonra Hiddinkin beş ay vaxtı olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə yığmasının məşqçisi Oğuz Çətin deyib.

Hələ sabiq baş məşqçi Fatih Terimin köməkçisi olan çalışdırıcı onu əvəzləyən hollandiyalı Qus Hiddinkə də yardımçıdır. Hiddinkə edilən tənqidləri haqsız sayan Çətin bu il üçün əsas hədəflərinin dörd rəsmi oyunda qalib gəlmək olduğunu bildirib: “Həmin beş aylıq müddətdə Hiddink Türkiyə Liqasını daha yaxşından izləyəcək. O, yeni adları heyətə daxil edərək, uzun vədəli düşüncələrini həyata keçirəcək. Amma hələ ki milli komanda üçün əhəmiyyətli olan ilk dörd oyunumuzdan qalib ayrılmaqdır. İlk iki oyunu qazandıq. İnşallah, Almaniya və Azərbaycanla oyunları da itkisiz keçərik”.