“Qalatasaray”ın sabiq futbolçusu 39 yaşında yığmaya çağırıldı
02.10.2010 - 12:42
“Qalatasaray” klubunda çıxışı ilə tanınan kolumbiyalı qapıçı Fərid Mondraqon 39 yaşında yığmaya çağırılıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Köln” klubunda oynayan təcrübəli qapıçı 5 illik fasilədən sonra Kolumbiya yığmasına qayıdır. Mondraqon ABŞ və Ekvador yığmaları ilə rəsmi oyunlara dəvət olunub. Fərid hələ 1998-ci ildə yığmasının heyətində Fransada keçirilən dünya çempionatının iştirakçısı olub.
Qeyd edək ki, “Mondi” ləqəbli qapıçı 2001-07-ci illərdə “Qalatasaray”da oynadığı vaxtda türklərin sevgisini qazanıb. “Cim Bom”un həmin vaxt uğurlarında, qazandığı çempionluqda onun böyük töhfəsi olub.

0
0