Berti Foqts Avstriya və Türkiyə ilə oyunlara 24 futbolçu çağırdı
02.10.2010 - 13:25
Berti Foqts Avstriya və Türkiyə ilə oyunlara 24 futbolçu çağırdı
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində Avstriya və Türkiyə ilə rəsmi oyunlara heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts oktyabrın 3-dən 9-dək Vyanada, oktyabrın 10-dan 12-dək isə Bakıda təlim-məşq toplanışına 24 futbolçu çağırıb. O, həftənin əvvəlində Bakıda qısa müddətli təlim-məşq toplanışına çağırdığı futbolçulardan qapıçı Səlahət Ağayev (“İnter”), müdafiəçi Nodar Məmmədov (“Qəbələ”), yarımmüdafiəçi Əziz Quliyevi (“Bakı”) kənarda qoyub.

Gözlənildiyi kimi, həmin vaxt çağırılmayan, ölkədən kənarda oynayan futbolçularımız Rəşad Sadıqovla Mahir Şükürova dəvət göndərilib. Foqts yığmaya gətirdiyi, son vaxtlar daim çağırdığı Səlahəti bu dəfə heyətdən kənarda qoyub. Onu əvəzləyən Aqil Məmmədov yığmanın yeganə debütantıdır. Atası vəfat edən qapıçı Fərhad Vəliyev yığmanın sıralarında olacağı halda, zədəsi sağalmayan milliləşən ukraynalı müdafiəçi Vladimir Levin kənarda qalıb. Müəyyən fasilədən sonra Elvin Məmmədov, Cavid Hüseynov və Fərid Quliyev milliyə qayıdıb.

Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər: Rəşad Sadıqov (“Əskişəhərspor”, Türkiyə), Saşa Yunisoğlu ( “Qəbələ”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Maksim Medvedev (“Qarabağ”)

Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Samir Abasov, Rəşad Sadiqov, Elvin Məmmədov (hamısı “Qarabağ”), Amit Quluzadə, Cavid Hüseynov, Araz Abdullayev (hamısı “Neftçi”), Fabio Luis Ramim (“Bakı”), Mahir Şükürov (“Anji”, Rusiya)

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”), Fərid Quliyev (“Neftçi”)

Mənbə: affa.az