“Neftçi” bir oyunda 4 qol vurdu
02.10.2010 - 17:37
“Neftçi” bir oyunda 4 qol vurdu
Futzal üzrə ölkə çempionatının yüksək liqasında III turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Neftçi” “Tərtər”, “Ekol” isə “Azmetko” üzərində qələbə qazanıb. Onlar 3 xalı müvafiq olaraq 4:3 və 3:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, son ölkə çempionu “Araz”ın UEFA kubokunun əsas seçmə mərhələsindəki çıxışı ilə əlaqədar komandanın “Qarabağ Veteranları” ilə görüşü təxirə salınıb.