“Gəncə” istefaya səbəb oldu
02.10.2010 - 19:04
Unibank Premyer Liqasında daha bir istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, VIII turun “Gəncə” ilə qarşılaşması MOİK-in baş məşqçisi Ramil Əliyev üçün sonuncu oyun olub. Gənc çalışdırıcı 0:5 hesabı ilə uduzan komandasının baş məşqçi postundan istefa verib. O, 7 oyundur qol vura bilməyən komandadan ayrılmasını elə “Gəncə”ylə görüşdən sonra açıqlayıb: "Komandanın oyunundan narazı qaldım, çox zəif oynadıq. "Gəncə" ilə 180 dəqiqə oynasaydıq belə, bu cür oyunla onların qapısına bir qol belə vura bilməyəcəkdik. Mən baş məşqçi postundan istefa verirəm, MOİK klubuna uğurlar arzulayıram. "Gəncə" klubunu qələbə münasibəti ilə təbrik edirəm".
0
0