“Hazırlığımız hesabda öz əksini tapdı”
02.10.2010 - 19:41
“Hazırlığımız hesabda öz əksini tapdı”
"MOİK-lə oyunun hazırlıqlarını son qarşılaşmadan dərhal sonra başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov deyib.

Unibank Premyer Liqasının VIII turunun MOİK-lə səfər matçından sonra keçirilən mətbuat konfransında təcrübəli çalışdırıcı oyunla bağlı fikirlərini açıqlayıb. İsmayılov
5:0 hesablı qələbənin oyuna görə olduğunu düşünür: “Ötən mövsüm I Divizionda MOİK-lə çox gərgin oyunlarımız keçirdi və bugünkü oyunun da çətin olacağını bilirdik. Qarşılaşmaya çox ciddi hazırlaşmışdıq və bu da hesabda öz əksini tapdı. MOİK klubuna qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Mənbə: pfl.az