“Qalib gəlmək üçün gəldik və qazandıq”
02.10.2010 - 19:53
“Qalib gəlmək üçün gəldik və qazandıq”
"İstənilən komanda üçün Tovuzda oynamaq, buradan xal aparmaq çətin olub. Biz qalib gəlmək üçün gəlmişdik, 3 xalı da qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

38 yaşlı çalışdırıcı Unibank Premyer liqasının VIII turunun “Turan”la oyunundan sonra təşkil edilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini açıqlayıb. O, çətin qələbənin necə əldə olunduğunun sirrini açıqlayıb: “Hesab 1:0 olsa da, nəticə bizi qane edir. Belə meydançada oynamaq çətindir. Futbolçularımız çalışırdı ki, topa daha çox nəzarət etsinlər. Qarşıdakı oyunlara yaxşı hazırlaşa bilməyəcəyik. Çünki heyətimizdə 7-8 futbolçu qalacaq. Ancaq yenə də komandanı hazırlamağa çalışacağıq. "Turan" komandasına uğurlar arzulayıram".

Qeyd edək ki, “Qarabağ” “Turan”ı 1:0 hesabı ilə məğlub edib.

Mənbə:pfl.az