Yığmamız Rusiya futbolçularına uduzdu
02.10.2010 - 19:51
Yığmamız Rusiya futbolçularına uduzdu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan Təbriz Həsənovun yetirmələri hazırlıq çərçivəsində ilk sınaqdan məğlub ayrılıblar. Futbolçularımız rusiyalı həmyaşıdlarına 0:1 hesabı ilə uduzublar.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun oktyabrın 4-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Mənbə: affa.az