“Fikrimcə "Xəzər Lənkəran" mənim gəlişimdən sonra ən yaxşı oyununu göstərdi”
02.10.2010 - 20:19
“Fikrimcə "Xəzər Lənkəran" mənim gəlişimdən sonra ən yaxşı oyununu göstərdi”
"İlk növbədə bizə sonadək dəstək verdikləri üçün azarkeşlərimizə minnətdaram. Təəssüf ki, komandamız son dəqiqələrdə qol buraxaraq onları məyus etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis Unibank Premyer liqasının VIII turunun “Bakı” ilə qarşılaşmasında xal itkisi ilə üzləşən yetirmələrindən məmnun qalıb. Rednik 1:1 hesabı ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında yetirmələrini tərifləyib: “Bir çox imkanlarımız oldu. Fikrimcə "Xəzər Lənkəran" mənim gəlişimdən sonra ən yaxşı oyununu göstərdi. Oyunun sonlarında Elnur Allahverdiyin zədələnərək meydanı tərk etməsi də öz sözünü dedi".