Şaferdən lənkəranlı azarkeşlərə qiymət: Bu, möhtəşəm idi
02.10.2010 - 20:23
"Çox möhtəşəm oyun oldu, azarkeş dəstəyi də möhtəşəm idi . İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik, ikinci hissədə isə daha yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, "Bakı" klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran”la matçından sonra keçirilən mətbuat konfransında oyun haqda fikirlərini açıqlayıb. Şafer Jabanın qırmızı vərəqə almasına da münasibət bildirib: Futbolçularıma uzun ötürmələrlə rəqibin cərimə meydançasına yaxınlaşmağı tapşırmışdım. Oyunun sonlarına yaxın bərabərlik qolunu vura bildik. Jabanın həmin epizodda qırmızı vərəqə almasını haqlı sayıram. "Xəzər Lənkəran" kimi komandadan 1 xal almağımıza sevinirəm, oyunçularımı təbrik edirəm. Belə gözəl şərait yaratdıqları üçün "Xəzər Lənkəran" azarkeşlərinə və klub rəhbərliyinə minnətdaram".
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Bakı” oyunu 1:1 hesabı ilə başa çatıb.

0
0