Kamran Ağayev qol buraxdı, hakimlərin gözündən yayındı, dirsək atdı
02.10.2010 - 21:00
Unibank Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” - “Bakı” qarşılaşması xoşagəlməz hadisə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev, nəinki yığma üzvünə, ümumiyyətlə futbolçu adına yaraşmayan hərəkətə yol verib. Belə ki, Ağayev ölkə çempionatında 5 aylıq fasilədən sonra qapısından qol buraxmağını həzm edə bilməyib. Qapıçı hirsini çıxarmaq çün futbolu əlbəyaxa döyüşə çevirməkdən də çəkinməyib.
Kamran qapı ağzındakı qarışıqlıqda özünü itirib qol buraxmağının acığını rəqibini döyməklə çıxmaq niyyətinə də düşüb. Torda olan topu mərkəzə tez aparmaq istəyinə düşən Vyaçeslav Sofronini hədəf seçən Ağayev onu dirsək zərbəsi ilə vurub. Oyunun baş hakimi Fariz Yusifov isə bunu görməməklə səhvə yol verib.
Qeyd edək ki, hakim səhvi və Kamranın cəzalanmasına gələn həftə keçiriləcək AFFA-nın müvafiq komitələrinin iclasında aydınlıq gələcək.

0
0