Azərbaycanlı futbolçuları Rusiya təmsilçisini də məğlub etdi
03.10.2010 - 11:55
AFFA və “Danone” şirkətinin birgə təşkilatçılığı ilə keçirilmiş Azərbaycan birinciliyinin qalibi olan Bakının “İnter” klubunun nəzdindəki U-13 komandası Cənubi Afrika Respublikasında təşkil olunmuş “Danone Beynəlxalq Kuboku”nda iştirak edir. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Rusiya, Kolumbiya, Banqladeş və İspaniya komandaları ilə eyni qrupda mübarizə aparıb.
“İnter” qrup mərhələsində keçirdiyi oyunlarda Rusiya və Banqladeş təmsilçilərinə 1:0, Kolumbiya komandasına 2:1 hesabı ilə qalib gəlib, İspaniya ilə oyunda isə 0:2 hesabı ilə məğlub olaraq qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə Yaponiya komandasına 0:1 hesabı ilə uduzan “İnter” 9-16-cı yerlər uğrunda oyunda Türkiyə komandası ilə qarşılaşıb. Bu oyun da təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 13-16-cı yer uğrunda qarşılaşmada iştirak etmək hüququ qazanmaq üçün komandamız Çexiya ilə görüşüb və 3:1 hesabı ilə qələbə qazanıb. Bakılılar 13-cü yer uğrunda qarşılaşmada Çili komandası ilə üz-üzə gələcək.
Mənbə: affa.az

0
0