Yığmamız Mingəçevirdə 2 qol vurdu
03.10.2010 - 14:01
15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Sissi Raytın rəhbərlik etdiyi yığmamız Mingəçevirin 13 yaşadək oğlanlardan təşkil olunmuş komandası ilə görüşüb. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baştutan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Yığmamızın heyətində hər iki qolu Şəfəq Nəsirova vurub.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0