“İnter” ispaniyalılarla bacarmadı
03.10.2010 - 17:46
“İnter” ispaniyalılarla bacarmadı
Cənubi Afrika Respublikasında təşkil olunmuş “Danone Beynəlxalq Kuboku”nda Azərbaycanı təmsil edən Bakının “İnter” klubunun nəzdindəki 13 yaşadək futbolçulardan ibarət komanda turnirdəki çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxtın gənc futbolçuları bu gün 13-cü yer uğrunda oyun keçiriblər.

Lakin təmsilçimiz, əvvəlcədən xəbər verildiyi kimi, Çili komandası ilə deyil, turnirin təşkilatçılarının etdiyi dəyişiklik səbəbindən İspaniya komandası ilə qarşılaşıb. Oyunda hesab açılmadığı üçün qalib oyun sonrası penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha sərrast yerinə yetirən ispaniyalı futbolçular 3:2 hesabı ilə qələbə qazanıblar.

Bununla da, “Danone Beynəlxalq Kuboku”ndakı təmsilçimiz “İnter” turnirdə mübarizə aparan 40 komanda arasında 14-cü yeri tutub.

Mənbə: affa.az