MOİK rəhbərliyi Ramil Əliyevin istefasını qəbul etmədi
03.10.2010 - 20:13
Unibank Premyer Liqasının VIII turunda öz meydanında “Gəncə” klubuna 0:5 hesablı məğlubiyyətdən sonra istefa verən MOİK-in çalışdırıcısı Ramil Əliyev işini davam etdirəcək. Apasport.az saytının xəbərinə görə, komanda rəhbərliyi gənc məşqçi ilə əməkdaşlığı davam etdirməyi məqsədəuyğun sayıb.
0
0