Yığmamızın futbolçusu rus rəqibi ilə dalaşmağın astanasında durdu
03.10.2010 - 21:29
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiya çempionatının son turunda fəallığı ilə seçilib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı cinah oyunçusu şərəfini qoruduğu “Anji”nin heyətində Moskva “Spartak”ına qarşı görüşün ən yaxşılarından olub. Oyunu şərh edən rusiyalı həmkarlarımızın şərhlərinə əsasən həmyerlimiz fasiləyə qədər o qədər də canfəşanlıq etməyib.
28-ci dəqiqədə yerə yıxılan Ari Ferreyranın üstünə aşan Mahir komanda yoldaşları ilə rəqib futbolçular arasında mübahisə yaranıb. 10 dəqiqə keçmiş həmyerlimiz özü moskvalılarla mübahisə edirdi. O, qonaqları cərimə zərbəsi zamanı məsafəyə riayət etməyə çağırırdı. Az keçməmiş isə Şükürovun növbəti cərimə zərbəsindən sonra Andrey Streltsonu fəqrlənməsinə yalnız “möcüzə” mane oldu.
İkinci hissədə isə Mahir birə-beş fəallıq göstərirdi. 48-ci dəqiqədə onun asmasından sonra yenə “Spartak”ın bəxti gətirdi ki, topu tora göndərən olmadı. Həmkarlarımız onun oyununa belə şərh verib: Şükürov bir-birinin ardınca qapıçı meydanına hava ötürmələri etməkdə davam edir. Lakin qonaq müdafiəçiləri yalnız bir dəfə qapıçı Andrey Dikanın oyuna adxil olmasına imkan verdilər.
71-ci dəqiqədə isə Mahirlə Aleksandr Şeşukov arasında söz davası başlayır. Mübahisənin az qala əlbəyaxaya çevriləcəyi anda onları aralayan tapılır. Bundan sonra da cinahında “ağalıq” edən Mahir komandasının bərabərlik qolu vurmasına çalışsa da, bu, heç bir nəticə verməyib.
Qeyd edək ki, “Anji” öz meydanında “Spartak”a 0:1 hesabı ilə uduzub.

0
0