“Anji”nin oyununda qalmaqal yarandı
03.10.2010 - 22:51
Rusiya Premyer Liqasının bu gün keçirilən oyunu zamanı qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” ilə Moskvanın “Spartak” klubları arasında qarşılaşmada qeydə alınıb. Belə ki, moskvalı azarkeşlərin iddiasına əsasən onların başına olmazın oyununu açıblar.
Matç boyu qonaqların ünvanına “biri bir qəpik” olan təhqirlər “yagdıran” yerli azarkeşlərin söyüşləri azmış kimi, yerli OMON da işə qarışıb. Asayiş keşikçiləri dəyənəklər və elelktroşokkerlərlə “Spartak” fanatlarımı əzişdiriblər. Bir neçə moskvalı başından xəsarət alıb, bəzilərini isə omonçular stadiondan kənara aparıblar.
Komandalarının 0:1 hesablı məğlubiyyəti ilə barışmayan dağıstanlılar matçdan sonra da qonaqları daşa basıb. “Spartak”ın futbolçuları da canlarını güclə qurtarıblar. Onların avtobusu birbaşa meydana daxil olub ki, moskvalıları qaçıra bilsin. Azarkeşləri isə pəncərələri dəmir barmaqlıqlarla qorunan KamAZ-a dolduraraq aparıblar. Onları şəhər mərkəzi vağzalından deyil, Mahaçqala-1 stansiyasından yola salıblar ki, orada onları gözləyən yerlilər növbəti qalmaqal yaratmasın.
Qeyd edək ki, Mahir qalmaqalla bitən görüşdə 90 dəqiqə meydanda olub.

0
0