Mahir Şükürov Avstriyaya 5,5-lə getdi
04.10.2010 - 08:59
 Mahir Şükürov Avstriyaya 5,5-lə getdi
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasının son turunda oyunu yaxşı qiymətə layiq görülüb. Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sport-Ekspress” qəzeti Mahaçqalanın “Anji” klubunda oynayan həmyerlimizin Moskva “Spartak”ı ilə ev oyununda çıxışını 5,5 balla qiymətləndirib. Rus həmkarlarımız “Anji”də ən yüksək balı 6 verdiyini nəzərə alsaq, Mahirin qiymətini yaxşı saymaq olar.

Qeyd edək ki, Şükürov bu oyundan sonra birbaşa Avstriyaya milli komandamızın düşərgəsinə yollanıb. O, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Avstriya yığması ilə Vyanadakı oyunda yığmamıza kömək edəcək.