“Gəncə”nin 1720 gün gözlədiyi qələbə: MOİK-dən MOİK-ədək
04.10.2010 - 10:34
“Gəncə” Azərbaycan çempionatında 1720 gündən sonra böyük hesablı qələbə qazandı. Apasport.az saytının hesablamalarına görə, gəncəlilər sonuncu dəfə 2005/06 mövsümündə buna nail olmuşdular.
Maraqlısı odur ki, həmin vaxt da komanda bunu MOİK-lə səfər oyununda reallaşdırmışdı. Söhbət 2005-ci ilin dekabrın 18-də Bakıda 3:0 hesabı ilə qələbə qazanılan oyundan gedir. “Gəncə” bu dəfə MOİK-i Unibank Premyer Liqasının VIII turunda daha böyük hesablı məğlubiyyətə düçar etdi – 5:0.
Bu komandaların ötən mövsüm I divizionda görüşdüyünü nəzərə alsaq, bir-birlərini yaxşı tanıyırdılar. Ancaq onda səviyyə fərqi belə olmamışdı ki, bu da hesabda öz əksini tapırdı. Hər halda, “Gəncə” Bakıda minimal hesablı çətin qələbə qazanmış (1:0), evdə isə rəqibi yenə bilməmişdi – 1:1. Sonda elə oldu ki, məhz bu iki komanda Premyer Liqaya vəsiqə qazandı. “Gəncə” buna I divizionun çempionu, MOİK isə 2-ci yerin sahibi kimi nail oldu.
Qeyd edək ki, “Gəncə” bu darmadağınla “hərbçilər”ə 2 zərbə vurdu. Bu da rəqibin baş məşqçisi Ramil Əliyevin oyundan sonra istefa verməsi ilə bağlıdır. Düzdür, klub rəhbərliyi bunu qəbul etməyərək, gənc çalışdırıcıya işini davam etdirməyi tapşırıb.
Mehman SÜLEYMANOV

0
0