“Həmin epizodda rəqib futbolçumuzu vurmaqla yanaşı, söyüb qaçdı”
04.10.2010 - 11:38
“Yaxşı oyun keçdi. Böyük hesablı qələbə qazanmağımızda vurduğumuz erkən qolun da rolu oldu. Ancaq meydança bərbad vəziyyətdə idi. Bəlkə də daha çox qol vura bilərdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Unibank Premyer Liqasının VIII turu çərçivəsində rəqib qapısından ən çox top keçirən Gəncə təmsilçisi bununla həm də mövsümdə ardıcıl ikinci qələbəsini qazanıb. Ancaq bu matçda əyalət təmsilçisinin müdafiəçisi Rafael Əmirbəyov mövsümdə ikinci dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Təbii ki, təcrübəli müdafiəçi üçün bu heç də yaxşı göstərici deyil.
Adətən bu cür halla tez-tez qarşılaşan zaman bunun nizam-intizamın aşağı olmasından irəli gəldiyi söylənilir. Lakin klub rəhbərliyi nizam-intizam baxımından heç bir problemin olmadığını vurğulamaqla yanaşı, 8 turda 2 qırmızı vərəqənin çox olduğunu etiraf edib: “Əlbəttə, 8 tur ərzində bir futbolçunun 2 qırmızı vərəqə alması çoxdur. MOİK-lə oyunu izləyirdim. Özüm də şahidi oldum ki, Rafael qəsdən qırmızı vərəqə almayıb. İkinci sarı vərəqə göstərilən epizodda Əmirbəyov topu əllə saxlayıb rəqibə verdi. O, hakimin oyunu saxladığını zənn etsə də, referi matçı saxlamadı və ona bu hərəkətinə görə ikinci sarını, ardınca qırmızı vərəqəni göstərdi. Birinci sarı vərəqəni almaya da bilərdi”.
Futbolçuya hansısa cəzanın və ya cərimənin verilməsinə gəldikdə, klub prezidenti buna ehtiyac görmədiklərini söyləyib: “Hələ “Muğan”la oyunda baş verənlərə görə Rafaeldə günah görmədik. Həmin epizodda rəqib futbolçumuzu vurmaqla yanaşı, ona söyüb qaçdı. Rafael də insandır, baş verənləri sakit qarşılaya bilməzdi. MOİK-lə oyunda isə niyə qırmızı vərəqə aldığını gördük. Ona görə də, ona hansısa cəzanın verilməsinə ehtiyac yoxdur”.

0
0