“Tvente”nin futbolçusu: Vaqif Cavadovun qayğısına qalmalıyıq
04.10.2010 - 13:06
“Azərbaycan yığması heç də asan rəqib deyil. Rəqibə hörmətlə yanaşmaq məcburiyyətindəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Mark Yanko deyib.
27 yaşlı hücumçu Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Azərbaycan yığması ilə oyun haqda fikirlərini açıqlayıb.
Bu yay Hollandiyanın “Tvente” klubuna transfer olunan və hazırlıq dövründə millimizin üzvü Vaqif Cavadovla birlikdə olan Yanko həmyerlimizi yaxşı tanıyır. 21 yaşlı hücumçumuzdan fərqli, “Tvente”nin heyətinə düşməyi bacaran avstriyalı Cavadovdan ehtiyatlanır: “Qısa müddətdə iki oyun keçirmək bir az çətindir. Bu hamı üçün ciddi sınaqdır. Əgər biz Avro-2012-nin final mərhələsində oynamaq istəyiriksə, Azərbaycan və Belçika yığmalarının hər ikisini məğlub etməliyik. Azərbaycan yığmasının üzvü Vaqif Cavadovu yaxı tanıyıram. O, rəqibimizin ən yaxşı hücumçusudur. Biz Vaqifi zərərsizləşdirməyin qayğısına qalmalıyıq”.
Qeyd edək ki, Yanko yığmada keçirdiyi 16 oyunda 7 qol vurub.

0
0