Milli komandamız Rusiyaya qalib gəldi
04.10.2010 - 13:57
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Rusiyanın Krımsk şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Rusiyanın U-16 komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb. Namiq Ələsgərovun dubl etdiyi oyunda komandamızın digər qolunu Rüstəm Əsgərov vurub.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilən ilk görüşdə meydan sahibləri qalib gəlmişdilər – 1:0.
Mənbə: affa.az
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilən ilk görüşdə meydan sahibləri qalib gəlmişdilər – 1:0.
Mənbə: affa.az
0
0