Petar Zlatinov: Onların “köpüyünü yatırdıq”
04.10.2010 - 14:05
Bakının “İnter” klubunun yarımmüdafiəçisi Petar Zlatinov komandasının rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, bolqarıstanlı futbolçu Unibank Premyer Liqasının VIII turunda “Muğan”la keçirilən oyunu barəsində fikirlərini açıqlayıb.
- “Muğan”la oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Oyun çox mürəkkəb oldu. Ötən turda biz “Gəncə”yə məğlub olduq, “Muğan” isə “Simurq”a qalib gəldi. Bu vəziyyət rəqibə xüsusi inam verirdi. “Muğan” qalib gəlmək istəyirdi, lakin onların “köpüyünü yatırdıq” və layiqli qələbə qazandıq. Biz həm birinci, həm də ikinci hissəni yaxşı oynadıq. Daha əvvəl qol vurmalı idik, lakin təəssüf ki, bunu edə bilmədik.
- Birinci hissədə siz “Muğan”ın qapısını fəal şəkildə hədəfə almışdınız. Amma qol vura bilmədiniz. Buna nə mane oldu?
- Nəyin mane olduğunu bilmirəm. Əgər bilsəydim, mütləq qol vurardım. Növbəti oyunlarda mütləq fərqlənəcəyimə ümid edirəm.
- Sizi əvəz edən zaman nümayişkaranə şəkildə baş həkimin əlini sıxdınız. Bu nə ilə bağlı idi?
- Yox, nümayişkaranə şəkildə sıxmadım. Sadəcə, işinə görə “sağ ol” dedim.
- Oyunun sonu kifayət qədər emosional alındı. Bunu nə ilə izah edərdiniz?
- Bu, gərginliyin yüksək həddə olması ilə bağlıdır. Buraxılan qoldan sonra “Muğan” bir qədər özündən çıxdı, amma belə olur. Axı, bu futboldur!

0
0