“Turan” daha 2 legionerinə vaxt verdi
04.10.2010 - 14:42
“Turan” klubunun heyətində “təmizləmə əməliyyatı” davam edəcək. Bu barədə apasport.az saytına açıqlamasında komandanın prezidenti Musa Süleymanov məlumat verib.
O bildirib ki, heyətdən kənarlaşdırılan 5 legionerin ardınca digərlərinin də yola salınmasının mümkündür: “Kamerunlu Romuald Onana ilə gürcü yarımmüdafiəçi Şalva Pirtsxalavaya vaxt vermişik. Onlar özlərini doğrultmasalar, əvvəlkilərin aqibəti gözləyir. Biz cari mövsümdə legioner seçimində səhv etmişik. Əvvəlki baş məşqçimiz Sakit Alıyev, onun köməkçilərinə inandıq. Kimi istədisə aldıq, müəyyən vəsait sərf etdik. Ancaq həmin legionerlər özlərini doğrultmadılar. Ola bilər ki, gedənlərin davamı olsun. Hər şey özlərindən asılıdır. Əlbəttə, yaxşı legionerlər, oynayan, komandaya kömək edənlər qalacaq. Legionerlərimizin üçündən razıyıq. Bunlar gürcü Georgi Çediya, türkiyəli Muammer Erdoğdu, moldovalı Viktor Qontadır”.
Qeyd edək ki, “Turan” ötən tur “Qarabağ”a məğlubiyyətdən (0:1) sonra latviyalı müdafiəçi Yuri Ksenzovs, braziliyalı yarımmüdafiəçi Marko Tulio, gürcü hücumçular Marat Zdazmişev, Georgi Modebadze, nigeriyalı hücumçu Peter Kolavole ilə müqavilələri qarşılıqlı şəkildə pozulub.
Mehman SÜLEYMANOV

0
0