Azərbaycan çempionatının püşkü atıldı
04.10.2010 - 16:00
Bu gün AFFA-nın inzibati binasında “Kapital Bank U-15 Liqa”nın 2010/2011-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə assosiasiyanın baş katibi Elxan Məmmədov da çıxış edib.
O, xatırladıb ki, İcraiyyə Komitəsinin qərarına uyğun olaraq, ötən il AFFA-nın U-13, U-15 və U-17 liqası yaradılıb və bu liqaların oyunları uğurla keçirilib. Ölkəmizdə uşaq futbolunun inkişafı məqsədilə AFFA ilə əməkdaşlıq edən Kapital Banka assosiasiya rəhbərliyinin adından minnətdarlığını bildirən baş katib, bu il keçiriləcək “Kapital Bank U-15 Liqa”nın da yüksək səviyyədə təşkil olunacağına ümid bəslədiyini qeyd edib.
Kapital Bankın nümayəndəsi Fərid Bəxtiyarov da yarışda mübarizə aparacaq komandalara uğurlar arzulayıb. Çıxışlar başa çatdıqdan sonra «Kapital Bank U-15 Liqa»nın ötən mövsümünün final oyunundan hazırlanmış videoçarx nümayiş etdirilib.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Elçin Məmmədov liqanın Əsasnaməsi barədə məlumat verdikdən sonra püşk atılıb. Püşkatmanın nəticəsinə uyğun olaraq, ilk turda aşağıdakı oyunlar keçiriləcək:
A qrupu
“İnter” - MOİK
“Qəbələ” - AZAL
“Xəzər Lənkəran” – “Turan”
“Qarabağ” – “Vətən”
B qrupu
“Neftçi” – “Muğan”
“Neftçi” İSM – “Gəncə”
“MKT-Araz” – “Simurq”
“Bakı” – OEUGİM
Mənbə: affa.az

0
0