Qurbanovun komanda yoldaşı qətlə yetirildi
04.10.2010 - 16:40
Rusiyanın “Daqdizel” klubunda çıxış edən Rimixan Ziyadov qətlə yetirilib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə əməliyyatı zamanı öldürülüb.
Onlar terrorçu dəstəsini zərərsizləşdirmək məqsədi ilə keçirilən xüsusi tədbirlər zamanı 5 cinayətkarı qətlə yetiriblər. Məlum olub ki, onlardan biri Ziyadovdur. O, Rusiyanın II divizionunun Cənub zonasında mübarizə aparan “Daqdizel”də oynamaqla yanaşı, terror fəaliyyəti ilə də məşğul olurmuş. Rimixan həm də Kaspiysk təmsilçisinin vitse-kapitanı idi.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçuları Əhməd Qurbanov və o vaxt Ələddin Xamatov adı ilə ölkəmizə gələn Aftandil Orucov da “Daqdizel”də çıxış edir.

0
0