“Azərbaycan futbolçuları qəhrəmanlıq göstərdi”
04.10.2010 - 16:49
“Komandamız bu gün meydanda əsl qəhrəmanlıq nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
Rusiyanın Krımsk şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində bu ölkənin 16 yaşadək futbolçularını qəbul edən millimizin çalışdırıcısı 3:2 hesablı qələbədən məmnun qalıb: “Rusiya yığması kimi güclü bir rəqibi məğlub etdiyimizə görə bütün futbolçulara minnətdaram. Birinci oyundan fərqli, bu gün qol imkanlarından maksimum yararlandıq və bu səbəbdən qələbə qazandıq”.
Qeyd edək ki, 16 yaşadək futbolçulardan ibarət yığmaların heyətində 1995-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular çıxış edir.

0
0