Rizvan Fərzəliyev: Tam gücümüzlə oynaya bilmirdik
04.10.2010 - 18:16
“Nəticə artıq məlumdur. 3 oyundan 9 xal topladıq və elit-raunda qrup lideri kimi vəsiqə qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Araz” futzal klubunun kapitanı Rizvan Fərzəliyev deyib.
UEFA kubokunun əsas mərhələsində “Sportinq Finqal” (İrlandiya), “Nikars” (Latviya) və “Tırqu-Mureş”lə (Rumıniya) qarşılaşan futzalçılarımız digər rəqiblərlə müqayisədə Rumıniya təmsilçisinin daha güclü olduğunu bildirib: “Sportinq”lə oyunda üstünlük bizdə olsa da, sonradan arxayınlaşdıq və rəqib qapımızdan 4 top keçirdi. Ancaq ikinci hissədə özümüzü toparlayıb, 7:4 hesablı qələbə qazandıq. İkinci oyunda Latviyanın “Nikars” klubu ilə üz-üzə gəldik. Bu oyuna da yaxşı başladıq. Sonradan yenə arxayınlaşma yarandı və onlar qapımıza 2 top vurdular. Lakin 7:2 hesabı ilə qələbə qazanmağı bacardıq. Sonuncu oyunda “Tırqu-Mureş”lə qarşılaşdıq. Digər rəqiblərimizlə müqayisədə Rumıniya çempionu daha güclü idi. Ancaq “Araz” heç bir rəqibindən çəkinmədiyini bu oyunda da sübut etdi”.
Rumıniyaya yollanmazdan əvvəl müəyyən problemlərin olduğunu bildirən kapitan xüsusilə, komanda şəklində oynaya bilmədiklərini qeyd edib: “Hardasa komanda şəklində oyun yox idi. Əvəzetmələr “dördlük” şəklində həyata keçirilmirdi. Baş məşqçi bir-bir, iki-iki dəyişiklik edirdi. Yəni 4 dəyişiklik edəcək heyət yoxdur. Əlbəttə, belə olan təqdirdə tam gücümüzlə oynaya bilmirdik. Yorğunluq olurdu. Məsələn, mən, Vitali Borisov, Filipi əvəzedilmədən oynayırdıq. Ən yaxşı halda, 1-2 dəqiqə dincəlirdik. Gücümüzü elə bölürdük ki, oyunun sonuna qədər çatdıra bilək. Yeni gələn futzalçılar hələ tam uyğunlaşmayıblar. Baş məşqçi əsasən 4-5 oyunçunun xidmətindən daha çox istifadə edirdi”.
Kapitan elit mərhələnin oyunlarına qədər bu problemin həll olunacağına ümid edir: “Bu cür oynamaq çətin olacaq. Çünki orada seçilmişlər mübarizə aparacaqlar. Qruplarda yer alan komandaların hamısı birinci olmaq uğrunda yarışacaqlar. Təbii ki, bizim də məqsədimiz lider olub, “Dördlər finalı”na vəsiqə qazanmaqdır. İndi vaxtımız var, taktiki məşqlər keçəcəyik. Həm də komandaya yeni futzalçılar gələcəklər. Təxminən ay yarım vaxtımız var”.

0
0