Azərbaycan futbolçuları “Xeres”ə qarşı
05.10.2010 - 08:23
Azərbaycan futbolçuları “Xeres”ə qarşı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsinə hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan Bernard Lippertin yetirmələri burada yoldaşlıq oyunu keçirəcək. Yığmamız yerli “Xeres” klubunun nəzdindəki U-19 komandası ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: affa.az