“Biletləri alverçilər zəbt edibsə, bu, həqiqətən də yaxşı hal deyil”
05.10.2010 - 10:01
“Hollandiya yığmasına 0:5 hesabı ilə uduzduğumuz oyun çoxdan olub. O, tarixdə qalıb. Əlbəttə, Hollandiya kimi rəqiblə həmişə oynaya bilmirsən. Buna görə də bizə xüsusi köklənmə lazım deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun moldovalı futbolçusu Aleksey Savinov deyib.
Komanda yoldaşı Vadim Boretslə birgə yığmaya çağırılan müdafiəçini 2003-cü ildə səfərdə 0:5 hesabı ilə uduzduqları Hollandiya ilə növbəti sınaq gözləyir. Aleksey Avro-2012-nin seçmə mərhələsinin növbəti ev oyununda qəbul edəcəkləri hollandlardan qorxmur: “Əksinə, oyunu səbirsizliklə gözləyirik. Rəqib nə qədər güclüdürsə, onun səviyyəsi bir o qədər yüksəkdir. Əsas odur ki, məşqçi bizdən nə tələb edir. Əgər biz məşqçinin düşündüyü hər şeyi yerinə yetirsək, onda evdə xal qazanmaq şansımız var. Müsbət nəticəyə nail ola bilsək, bu, bizim üçün şərəfli olacaq”.
Savinov hollandlarla oyundan 4 gün sonra səfərdə görüşəcəkləri San Marino yığmasını “asan yem” saymır: “Güclü rəqibdən sonra zəifə köklənmək həmişə çətin olur. Rəqibi qiymətləndirməməyə yol vermək olmaz. Hamı bizdən həmin oyunda yalnız qələbə gözləyəcək. Ona görə də hər iki oyuna ciddi yanaşıb, xal qazanmalıyıq. Əgər Hollandiya ilə görüşə biletləri alverçilər zəbt edibsə, bu, həqiqətən də yaxşı hal deyil. Allaha şükür, bütün biletlər satılıb və yığmanı həqiqətən dəstəkləmək istəyən insanlar gəlib. Ancaq əminəm ki, stadion dolu olacaq. Kişinyovda atmosfer birmənalı şəkildə çox yaxşıdır. Bunu son oyunlar sübut etdi. Burda belə deyək, döyüşkən atmosfer var”.

0
0