Ölkə prezidenti futbolçuya xəsarət yetirdi
05.10.2010 - 10:12
Ölkə prezidenti futbolçuya xəsarət yetirdi
Boliviya prezidenti Evo Morales futbol oyunu zamanı gözlənilməz hərəkəti ilə diqqəti cəlb edib. Apasport.az saytının məlumatına görə, hökumət evi və şəhər rəhbərliyinin yoldaşlıq görüşündə iştirak edən 51 yaşlı ölkə başçısı rəqibi vurub.

Həmin futbolçu meydanda mübarizə zamanı qaydanı pozaraq, prezidentin dizinə zərbə vurub. Bu zaman oyun dayandırılıb. Ancaq borclu qalmayan Morales ayağa duraraq, dizi ilə onun qasıq nahiyəsinə xəsarət yetirib. Polis bundan sonra xəsarət alan oyunçunu prezidenti şikəst etmək günahı ilə tutmağa çalışıb. Ancaq asayiş keşikçilərini hakim dayandırıb. O, başa salıb ki, futbolda zədə adi şeydir.