İker Kasilyas mundialın ən yaxşısı seçildi
05.10.2010 - 10:24
İker Kasilyas mundialın ən yaxşısı seçildi
İspaniyada nəşr olunan “Marka” qəzeti Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının final mərhələsinin ən yaxşı oyunçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mundialın başa çatmasından 2 ay sonra İspaniya yığmasının qapıçısı İker Kasilyas bu nominasiyada birinci yerə layiq görülüb.

İker mükafatlandırma mərasimində bildirib ki, dünyanın ən yaxşısı seçilməsindən məmnundur: “Bu ada layiq görülməyimdən qürur duyuram. Fikrimcə, aldığım mükafatda komanda yoldaşlarımın, texniki heyətin və azarkeşlərimizin rolu böyükdür”.

Qeyd edək ki, Kasilyas Cənubi Afrika Respublikasında İspaniya yığmasının heyətində dünya çempionluğunu bayram etmişdi.