“Kəndimiz işğal olunanda, mən də orda idim”
07.11.2010 - 09:08
Ağdamın “Qarabağ” klubunun futbolçusu Zaur Həşimovun apasport.az saytına müsahibəsi
- İşləriniz necə gedir?
- İşim sırf futbolla bağlıdır. Deməzdim ki, 100 faiz yaxşıdır. Ancaq şükür edirəm ki, zədəm yoxdur. Çünki zədə karyeram boyu həmişə mənə əziyyət verib.
- Yəqin razılaşarsınız ki, “Qarabağ”ın oyunlarına avrokuboklar zamanı maraq daha böyük idi. İndi sanki komandaya biganəlik var.
- Biganəlik deyəndə, ev oyunlarımızı Bakıda keçirməyimiz azarkeş amilinə böyük təsir göstərib. Ağdamda oynayanda stadiona 2 mindən çox azarkeş gəlirdi. Belə götürəndə, 20-30 min azarkeşi stadiona gətirən də biz olmuşuq. Avropada keçirdiyimiz oyunlarla Premyer Liqanı müqayisə etmək olmaz.
- Özünüz də dediniz ki, Ağdamda oynayanda azarkeşlərimiz çox olurdu...
- Ağdama gedib-gəlmək heç də asan deyil. Yol yorğunluğu olur. Həm də oradakı şəraitimiz Bakıdakı ilə müqayisədə pis idi. Düzdür, onlar əllərindən gələn şəraiti yaratmışdılar. Oyuna çıxanda biz bunları unudurduq. Ən azından azarkeş dəstəyimiz var idi. Futbola da yaraşıq verən budur. Məsələn, “Bursaspor” Çempionlar Liqası çərçivəsində “Maçester Yunayted”ə öz meydanında məğlub oldu, amma azarkeşlər sona qədər öz komandalarını dəstəklədilər.
- Quzanlıdan sırf futbolçuların şikayəti əsasında imtina edildi?
- Düzdür. Yorğunluq olurdu. Oyuna tam gücümüzlə çıxa bilmirdik. Həm də 2 oyunu ardıcıl səfərdə keçirəndə lap çətin olur. Məsələn, gedirik Qəbələyə, ordan Lənkərana, sonra Ağdama. Yəni Ağdam doğma meydanımız olsa da, hər dəfə səfər çıxırdıq.
- Müharibə şəraitində olan Ağdamda yerli əhalinin üzü oyunlar zamanı gülürdü. Bəs komanda şəklində onları bu sevincdən niyə məhrum etdiniz?
- Bəli, yerli əhalinin maksimum zövq ala biləcəyi məqam oyunlar zamanı olurdu. Hətta əsgərlər də imkan olduqca oyunlarımıza gəlirdilər. Bizi hərbi hissəyə dəvət edirdilər. Qərarı rəhbərlik qəbul edir. Belə deyək də, biz hansısa zavodun işçiləriyik. Rəhbərliyin verdiyi tapşırıqları yerinə yetiririk. Eşitdiyimizə görə, oynadığımız meydanı yarmarkaya çeviriblər. Stadionda ağır yük maşınları gəzib. İndi təsəvvür edin, qazon nə vəziyyətdədir. Bunlar yayda olub. Çox dərinə getmək istəmirəm.
- Bildiyimizə görə, əslən Füzulu rayonundansınız?
- Bəli, atam Füzulidəndir amma özüm Sumqayıtda anadan olmuşam.
- Heç Füzuliyə gedib-gəlirdiniz?
- Əlbəttə, kəndimiz ermənilər tərəfindən işğal olunanda mən də orda idim.
- Hansı kənd?
- Qarakollu. 1993-cü il, iyulun 1-i, səhər saat 5-də kəndə hücum oldu. Onda 12 yaşım var idi.
- Dərhal kəndi tərk etdiniz?
- Bir müddət Horadizdəki məktəblərdən birində məskunlaşdıq. Həmin vaxt əmimgildə qonaq idim. Həmin ağrılı-acılı anların şahidi olmuşam. Bu hadisələrin içində olmuşam və böyümüşəm.
- Həmin hadisələrin şahidi olduğunuza görə, qaçqın çadırlarında yaşayan insanların dərd-sərinə də yaxından bələdsiniz. Onlara heç əl tutmusunuzmu?
- 1993-cü ildə kəndimiz alınandan sonra əmilərim də oranı tərk etdi. 4-5 uşaqlı ailələr idi. Hamısı bizdə məskunlaşmışdı. Onlara atam yardım edib. Özümün nə etdiyimi demək istəmirəm.
- Hərdən Qarakollunu xatırlayırsınızmı?
- Əlbəttə, hər il 2-3 ay kənddə qalırdım. Kəndimiz dağlıq ərazidə yerləşirdi, meşələr, kəhrizlər, bulaqlar, üzüm bağları olub.
- Əvvəllər yığma komandaya çağırılırdınız. Son vaxtlar kənarda qaldığınıza görə üzülmürsünüz?
- Yaşım məni daha çox istirahət etməyə məcbur edir. 29 yaşım var. Ailəmlə daha çox vaxt keçirmək istəyirəm. Klubdan icazəsiz gedib yığmada oynadığım vaxtlar da olub. İndi yığma toplanışlarda çox olur. Mən kluba və ailəmə daha çox vaxt ayırmaq istəyirəm.
- Futbolçu karyerası qısa müddətli olur. Ona görə də əksər oyunçular özlərinə şərait qurmağa çalışırlar. Siz necə, gələcəkdə hansı işlə məşğul olacağını qətiləşdirmisiniz?
- Planlarım var. Onları həyata keçirə bilsəm, futboldan birdəfəlik uzaqlaşacağam. Millidə oynamaq istəməməyim, futboldan uzaqlaşmaq istəyirəm kimi başa düşülməməlidir. Ən azı 33 yaşıma qədər oynamaq fikrindəyəm. Təbii ki, zədələrdən qaça bilsəm. Təsəvvür edin, 3 dəfə cərrahiyyə əməliyyatı olmuşam.
- Planlarınız nədən ibarətdir?
- Fermer kimi kənd təsərrüfatı ilə məşğul olacam. Özüm yox, bu sahədə başı çıxan atam, əmilərim işləyəcək. Özüm ticarətlə məşğul olmaq istəyirəm. Məndə alınır. Bir-iki dəfə yoxlamışam.
- Hansısa iddialı klubdan ayrıldığına görə təəssüfləndiyin anlar olubmu?
- “Xəzər Lənkəran”dan öz istəyimlə ayrılmışam. Zədəm var idi. Əməliyyat olunmalı idim. “İnter”də oynayan vaxt mövsümün başa çatmasına 2 ay qalmış komandadan gedəcəyimlə bağlı müsahibə verdim. Sonra bu söz-söhbətə səbəb oldu. Ancaq bu gün “Qarabağ”dan getsəm, pis olaram.
- 2 il əvvəl “Olimpik”in çempion olmaq şansı var idi. “Qarabağ”la oyunda onlara 1 xal da kifayət edirdi. Ancaq vurduğunuz qol hər şeyi dəyişdi. Qoldan sonra isə oyunu kənardan izləyən “İnter”in futbolçularına tərəf qaçdınız. Niyə?
- Həmin oyunda atam və qızım da matçı izləyirdilər. Onlar mən qaçan tərəfdən oturmuşdular. Sevincimi onlarla bölüşdüm. Hətta oyundan sonra qızım qucağımda müsahibə verdim. Həmin vaxt çoxlu söz-söhbət gəzirdi ki, guya “Qarabağ” bilərəkdən uduzacaq. Ümumiyyətlə, karyeramda bizə pis niyyətli təkliflər də olub. Bizdən oyunu verməyimizi istəyiblər. İmkanım olmayan vaxt bu cür təklifləri qəbul etməmişəm. “Olimpik”lə oyun vaxtı isə ümumiyyətlə qəbul etməzdim. Təmizliyimizi sübut etdik.
- Karyeranızda vurduğunuz qolları sıralasaq, bu qolu neçənci sıraya qoyarsınız?
- Həm gözəlliyinə, həm də dəyərinə görə birinci yerə. Çünki vurduğumuz qol bizim çirkli işlərdən uzaq olduğumuzu ortaya qoydu. Həm də çempionluğun taleyini dəyişdik. Bundan da yaxşı qollarım olub. Ancaq qeyd etdiyim səbəblərdən bu qolu xüsusilə fərqləndirirəm.

0
0