“Qarabağ” qol vurmayıb hesabı bərabərləşdirdi
05.02.2011 - 10:10
“Qarabağ” qol vurmayıb hesabı bərabərləşdirdi
Ağdamın “Qarabağ” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Qazaxıstanın “Kaysar” klubu ilə görüşüblər. Bu matçda qalib müəyyənləşməyib – 1:1. Lakin ağdamlılar bu görüşdə qol vura bilməyiblər. Belə ki, hər iki topu Qazaxıstan təmsilçisi vurub. Onlar əvvəl “Qarabağ”ın, sonra isə öz qapısına yol tapıblar.