“Neftçi”dən növbəti qələbə
05.02.2011 - 10:22
“Neftçi”dən növbəti qələbə
Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Neftçi" İSM komandası 3-cü yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, aşağı dəstə təmsilçisi Gürcüstanın “Sioni” (Bolnisi) klubu ilə qarşılaşıb. Bir vaxtlar Azərbaycan çempionu “Bakı”nı Çempionlar Liqasından kənarlaşdıran bolnisililər “Neftçi”nin qarşısında acız qalıblar. Paytaxt klubu meydan sahiblərini 2:1 hesabı ilə məğlub edib. "Neftçi" İSM-in qollarını Şalva Pirtsxalava və Fuad Əliyev vurublar. Rəqibin yeganə qoluna isə Aleksandr Qoqoberişvili imza atıb.

Qeyd edək ki, bakılılar Gürcüstanda sonuncu yoxlama oyununu fevralın 6-da keçirəcək və ertəsi gün Bakıya dönəcək.