Milli komandada istefa
05.02.2011 - 12:37
Milli komandada istefa
Daha bir milli komandanın baş məşqçisi istefa verib. Apasport.az saytının məlumatına görə, Çili yığmasının çalışdırıcısı Marselo Byelsa komandadan ayrılmağa qərar verib. Yerli futbol assosiasiyasının prezidenti Serxio Xaduenin cəhdlərinə baxmayaraq argentinalı fikrindən dönməyib.

DÇ-2010-dakı nəticəsi ilə tarixinin son 50 ilinin ən yaxşı nəticəsini göstərəni çilililər bu nəticənin memarı olan Byelsanı vəzifəsində saxlaya bilməyiblər. Ölkədə kifayət qədər sevilən mütəxəssis keçirdiyi mətbuat konfransında Xadueni yalançılıqda ittiham edib və bildirib ki, istefasının əsas səbəbi Çili futbolundakı qeyri-müəyyənlikdir: “Mən bilmirəm ki, bu ölkədə futbolda əsas söz sahibi kimdir. Jurnalistlərə yalan informasiyalar ötürən Xadue, aparıcı klublar yoxsa kim? Belə vəziyyətdə işimi davam etdirə bilmərəm”.”