“Muğan”ın futbolçusu millidə oynamaqdan imtina etdi
05.02.2011 - 13:26
Salyanın “Muğan” klubunun futbolçusu Samuel Barlay şərəfini qoruduğu Syerra-Leone milli komandasının növbəti oyununda çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçisi Nigeriya ilə yoldaşlıq oyununa çağırılsa da həmin matça getməyəcək. Syerra-Leone futbol federasiyası ilə əlaqə saxlayan Samuel bu matçlıq ona icazə verilməsini xahiş edib. O, bunu yeni müqavilə imzaladığı klubun heyətində möhkəmlənməsi üçün zəruri olan vaxtı itirməmək istəyi ilə izah edib. Bu səbəbdən də Barlay fevralın 9-dakı matçda iştirak etməyəcək.
Qeyd edək ki, İsveçin “Sirianski” klubundan gələn afrikalı azad agent statusu ilə transfer olunub.
Qeyd edək ki, İsveçin “Sirianski” klubundan gələn afrikalı azad agent statusu ilə transfer olunub.
0
0