Milli komandamız Özbəkistanı məğlub etdi
05.02.2011 - 21:06
Milli komandamız Özbəkistanı məğlub etdi
Bu gün Bakıda beynəlxalq futzal turniri start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışda Azərbaycan, Ukrayna, Latviya və Özbəkistan milli komandaları mübarizə aparır.

İdman Sarayında təşkil olunan turnidə I turun oyunları başa çatıb. İlk görüşdə Ukrayna yığması Latviyanı 5:1 hesabı ilə məğlub edib. Millimiz isə Özbəkistandan üstün olub – 5:3.

Sabah yığmamız Latviya, Özbəkistan isə Ukrayna ilə qarşılaşacaq.