Uinston Parks: Çalışıram ki, Bob Marliyə oxşayım
07.02.2011 - 10:35
“Uşaq vaxtı gitara çalmağı öyrənmək arzusunda idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun futbolçusu Uinston Parks deyib.
Vaxtilə klublarında çıxış etdiyi Rumıniyada unudulmayan kosta-rikalı legioner bu ölkədən olan həmkarlarımıza açıqlama verib. Parks Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı tanınmış gitaraçı Luki Sandla görüşdüyünü və ondan dərs aldığını da etiraf edib: “Mən reqqi-musiqinin və Bob Marlinin pərəstişkarıyam. Musiqi ifa edəndə bəzən ona oxşamağa çalışıram. Bu yaxınlarda özümə gitara da alacağam. Elə FİFA agenti Ana Mariya Prodanla da ona görə əməkdaşlıq edirəm ki, o da bu janr musiqini xoşlayır”.
Qeyd edək ki, Parks ötən ilin yayından “Xəzər Lənkəran”da forma geyinir.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0