Mahir Şükürov “Anji”dən ayrıldı
07.02.2011 - 10:42
Həmyerlimiz Mahir Şükürov şərəfini qoruduğu Rusiyanın “Anji” klubunun düşərgəsini tərk edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Macarıstanın “Qyori ETO” komandası ilə yoldaşlıq oyununda iştirak etdikdən sonra Dağıstan təmsilçisindən ayrılıb. Belə ki, Mahir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb. Futbolçu orada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının heyətinə qoşulub. Mahir fevralın 9-da keçiriləcək Macarıstanla yoldaşlıq oyunundan sonra klubuna qayıdacaq.
0
0